mobil versiya

Vaşinqtonda məktəbə silahlı basqın - Ölən və yaralılar var



ABŞ-ın Vaşinqton ştatında məktəblərin birində qanlı hadisə baş verib.

BAKU.WS “ria.ru”ya istinadən xəbər verir ki, atışma Vankuver şəhərindəki ibtidai məktəbdə qeydə alınıb.

Silahlı şəxs məktəbin həyətinə daxil olub və atəş açmağa başlayıb. Açılan atəş nəticəsində iki nəfər yaralanıb. Silahlı şəxs ərazidən uzaqlaşıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis cinayəti törədən şəxsin izinə düşüb və onu tutmaq üçün əməliyyat təşkil edib. Kimliyi hələlik bilinməyən şübhəli şəxs tutulacağını başa düşüb və intihar edib.

Faktla bağlı araşdırmalar aparılır.

KARUSEL / DÜNYA / HADİSƏ / REDAKTOR SEÇİMİ
Baxılıb: 25 Tarix: 27-11-2019, 11:00


Şərh bildir
yenilə, əgər kod görünmürsə