mobil versiya

ABŞ-da gecə klubunda atışma olub, ölənlər və yaralananlar var



ABŞ-da gecə klubunda atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Cənubi Karolina ştatının Lankaster dairəsində, "Old Skool Sports Bar & Grill" gecə klubunda qeydə alınıb. Silahlı insident zamanı 2 nəfər öldürülüb, daha 8 nəfər yaralanıb.  

Telekanal bildirib ki, polis faktla bağlı təhqiqata başlayıb, hadisəni törədənlər axtarılır. 

KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 21-09-2019, 18:38