mobil versiya

Türkiyədə dəhşətli terror - Ölənlər və yaralananlar var - VİDEO



Türkiyənin Diyarbakır şəhərinin Kulp qəsəbəsi ilə Muş şəhəri arasında yerləşən Dokuzvıraj bölgəsində terror aktı törədilib.

BAKU.WS “Haberler”ə istinadən xəbər verir ki, PKK terrorçuları yola döşədikləri partlayıcıları mülki şəxslərin olduğu mikroavtobus keçərkən işə salıblar. Nəticədə 4 nəfər ölüb, 13 nəfər yaralanıb. Hadisə yerinə xeyli sayda təcili yardım, polis göndərilib. Yaralılar Kulp Dövlət Xəstəxanasına aparılıb.

Terrorla bağlı artıq prezident Rəcəb Tayyib Ərdoğan da məlumatlandırılıb. Prezident ölənlərin yaxınlarına başsağlığı verərək, yaralılara şəfa diləyib. 


MANŞET / KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 12-09-2019, 23:38