Azərbaycan Milli Xalça Muzeyi ilə Tacikistan Milli Muzeyi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Milli Xalça Muzeyi ilə Tacikistan Milli Muzeyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və Tacikistan Milli Muzeyinin direktoru Zafarşo İbroximzoda Safo imzalayıblar.
Memorandumun məqsədi elm və mədəniyyət sahəsində ikitərəfli səmərəli əlaqələrin inkişafı və genişləndirilməsi, bu istiqamətdə müvafiq imkanların yaradılmasıdır. Tərəflərin razılığına əsasən, muzey işi sahəsində birgə təşəbbüslərlə əsaslı tədqiqatlar aparılacaq, mütəxəssislər arasında bilik və təcrübə mübadiləsi həyata keçiriləcək, onların elmi-tədqiqat konfransları və seminarlarda iştirakı təşkil olunacaq.
Sənəddə həmçinin muzey işinin digər mühüm istiqamətləri üzrə əməkdaşlıq, o cümlədən birgə sərgi layihələrinin həyata keçirilməsi və s. məqamlar da nəzərdə tutulur.
Reportyor.az

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 26-09-2025, 17:18



























