mobil versiya

Qəndəhar Qətərə ilk dəfə 20 ton nar ixrac edib




Əfqanıstanın Cənubi Qəndəhar əyalətinin yerli rəsmiləri cari günəşli ildə əyalətdən beynəlxalq bazarlara təxminən 23.000 tona yaxın nar ixrac edildiyini bildirirlər.

Qəndəhar qubernatorluğundan yerli mediaya verilən açıqlamada bildirilir ki, Qəndəhar Kənd Təsərrüfatı, Suvarma və Heyvandarlıq Departamenti ilə Qəndəhar Ticarət və İnvestisiya Palatası arasında koordinasiya sayəsində Əfqanıstan tacirləri bu il əyalətdən təxminən 23.000 tona yaxın nar ixrac ediblər.

Bəyanata görə, 20 ton nar ilk dəfə Qətərə ixrac edilib, qalan məhsullar isə Pakistan, Hindistan, Səudiyyə Ərəbistanı, Malayziya, Özbəkistan, Rusiya, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinə göndərilib.

Reportyor.az 


KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:49