mobil versiya

Bu il Azərbaycana sürətli pul köçürmələri ilə 1.7 mlrd. manatdan çox vəsait daxil olub



2025-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490.4 milyon manata bərabər olub.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən aparılan hesablamalara görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 5.1% və ya 84.5 milyon manat artıb, banklardan xaricə köçürmələr isə 7.1% və ya 37.5 milyon manat azalıb.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 674.3 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 527.9 milyon manat təşkil edib.(Apa)

Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:22