Latviyalı diplomatlar Azərbaycan milli geyiminin yaranma tarixi barədə məlumatlandırılıb

Latviyanın Azərbaycandakı səfirliyinin əməkdaşları və diaspor nümayəndələri Azərbaycanın milli geyim mütəxəssisi Firəngiz Abbasovanın emalatxanasında qonağı olublar.
Görüş zamanı onlar Azərbaycan milli geyiminin yaranma tarixi və adət-ənənələri ilə tanış olub.

Firəngiz Abbasovanın Norveç Səfirliyindəki fəaliyyəti də daxil olmaqla keçdiyi əmək yolu və öz biznesinə gedən uğurlu inkişafı yolu üçün yaradıcılıq axtarışları haqqında məlumatlandırılıblar.
O cümlədən dəbdəbəli geyimləri sınamaq və fotosessiya etmək imkanı əldə ediblər.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 16:55


























