“Turan Tovuz” – “Fənərbaxça” matçının fiziki biletləri satışa çıxarılıb

“Turan Tovuz” – “Fənərbaxça” oyununun fiziki biletləri satışa çıxarılıb.
Bu barədə Qərb bölgəsi təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Biletləri bu gündən etibarən saat 18:00-dək, 3 oktyabr tarixində isə oyunun başlanma saatınadək Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür. Artıq yoldaşlıq oyununa 25 minə yaxın bilet satılıb.
“Turan Tovuz” – “Fənərbaxça” qarşılaşması sabah keçiriləcək və saat 20:00-da start götürəcək.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:34


























