Latviya səfiri Azərbaycan Milli Xalça Muzeyinin qonağı olub
Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində olub.
Azərbaycan Milli Xalça Muzeyindən verilən məlumata görə, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova qonaqlara məşhur latviyalı yazıçı Janis Akuratersin ev-muzeyi üçün nəzərdə tutulan “Dəryanur” adlı Qarabağ xalçası haqqında məlumat verib. Onlar daimi ekspozisiya ilə tanışlıqdan sonra muzeyin emalatxanasına baş çəkərək Ənənəvi texnologiya şöbəsinin əməkdaşları ilə söhbət ediblər, xalça üzərində gedən iş prosesi ilə yaxından tanış olub.
Diplomat Xalça Muzeyinin onda silinməz təəssürat yaratdığını vurğulayıb. Edqars Skuya Şirin Məlikovanın bu layihəsinin Latviya mətbuatında geniş işıqlandırıldığını və böyük maraq doğurduğunu bildirib.
Qeyd edək ki, “Dəryanur” xalçasının təqdimatının 2024-cü ilin aprel-may aylarında keçirilməsi planlaşdırılır.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 7-12-2023, 12:04