Çin incəsənəti ilə tanış olmaq istəyənlər buyursun
“Huawei Technologies Azerbaijan” MMC-nin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından Çin incəsənəti” adlı sərgi keçiriləcək.
Mayın 13-dən 21-dən keçirilən “Açıq Qapı Günü” Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı baş tutacaq.
“Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından Çin incəsənəti” sərgisi təkcə tarixi eksponatlar toplusu deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və adət-ənənələri ilə tanış olmasıdır. Hər bir sərgi salonu qədim tanrıların və müdriklərin heykəlcikləri ilə bəzədilmiş çinli ailənin qonaq otağının interyerini canlandırır, Çin mənzərələri olan tekstil məmulatları, xəttatlıq pannoları, qapalı bitkilər, çini vazalar, oyma taxta mebellər, divarlardakı rəsmlər və xəttatlıq əsərlərini əks etdirir. Çin fəlsəfəsinə uyğun olaraq, semantik yük daşıyır və evdə sülh və əmin-amanlığı simvollaşdırır.
“Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından Çin incəsənəti” sərgisi təkcə Çin mədəniyyəti və incəsənətini sevənlər üçün deyil, həm də Çinin mədəni irsi və tarixi haqqında daha çox öyrənmək istəyən hər kəs üçün maraqlıdır.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-05-2023, 16:53