mobil versiya

Çempionlar Liqasında pley-off mərhələsinin bütün cütləri – SİYAHI



UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.

Püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilib.

Pley-off-da aşağıdakı cütlər üz-üzə gələcək:
“Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə)
“Monako” (Fransa) – PSJ (Fransa)
“Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya)
“Budo-Qlimt” (Norveç) – “İnter” (İtaliya)
“Benfika” (Portuqaliya) – “Real” (İspaniya)
“Olimpiakos” (Yunanıstan) – “Bayer” (Almaniya)
“Brügge” (Belçika) – “Atletiko” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya) – “Atalanta” (İtaliya)
Pley-off mərhələsinin oyunları fevralın 17-18-i və 24-25-də keçiriləcək.
Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq. 10-11 və 17-18 martda 1/8 final, 7-8 və 14-15 apreldə isə 1/4 final oyunları keçiriləcək. Yarımfinal qarşılaşmaları 28-29 aprel və 5-6 mayda baş tutacaq.
ÇL-in final matçı mayın 30-da, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. (Komanda.az)

Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: Bu gün, 16:35