mobil versiya

Azərbaycan klublarında oynamış futbolçu İranda həbs edilib



Azərbaycanda çıxış etmiş Peyman Keşavarzi Təbrizdə həbs edilib.

İranın KIA klubunun üzvü ölkədə hakimiyyətə qarşı etiraz aksiyalarına qatıldığı üçün saxlanılıb.

Keşavarzi İranın “Traktor”,  Azərbaycanın “Sumqayıt”, “Kəpəz”, “Səbail” və “Karvan” klublarında çıxış edib.

Ötən il dekabrın 28-də İranın milli valyutasının kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Tehranın Böyük Bazarı ərazisində başlayan etiraz aksiyaları ölkənin bir çox şəhərinə yayılıb. Etirazlar zamanı ölənlərin sayı minlərlədir. (Komanda.az)

Reportyor.az 





KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:08