Fransada etiraz aksiyalarında həbs olunanların sayı 150-yə çatıb
Fransada etirazlar zəminində həbs olunanların sayı 150-yə çatıb.
Bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanin "Twitter" hesabında yazıb.
O bildirib ki, respublikanın simvollarına qarşı qəbuledilməz zorakılıq gecəsi baş verib; bələdiyyə binalarına, məktəblərə və komissarlıqlara hücumlar olub və ya onların yandırılmasına cəhdlər edilib, hadisələr nəticəsində 150 nəfər həbs olunub.
Qeyd edək ki, daha öncə 77 nəfərin həbs olunduğu açıqlanmışdı.
Xatırladaq ki, Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan 17 yaşlı qaradərili yeniyetmənin öldürülməsindən sonra ölkədə etirazlar başlayıb.
KARUSEL / DÜNYA
Tarix: 29-06-2023, 10:07