mobil versiya

Qaradağın icra başçısı vəzifəsindən azad edilib




Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Surxay oğlu Mikayılov vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

S. Mikayılov 2010-cu ildən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edirdi.

Süleyman Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Reportyor.az 

MANŞET / KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 19:52