mobil versiya

ÇL: “Nyukasl’ “Qarabağ”a rəqib olub



UEFA Çempionlar Liqasında pley-off mərhələsinin pükşü atılıb.

Turnirdə çıxıs edən “Qarabağ”ın rəqibi də məlum olub. “Köhlən atlar” ÇL-in pley-off mərhələsində İngiltərə komandası “Nyukasl”la qarşılaşacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin görüşləri fevralın 17-18-i və 24-25-də baş tutacaq. “Köhlən atlar” bu raundu adlayacağı təqdirdə, 1/8 final mərhələsində “Barselona” (İspaniya) və ya “Çelsi”yə (İngiltərə) rəqib olacaq.
Ağdam təmsilçisi Çempionlar Liqasının liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.

Reportyor.az 
KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:43