mobil versiya

“Qarabağ”ın ÇL-in pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib



UEFA Çempionlar Liqasında əsas mərhələni uğurla başa vuran “Qarabağ” klubunun pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda PSJ (Fransa) və ya “Nyukasl” (İngiltərə) komandalarından birinə rəqib olacaq.

Ağdam klubu Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci pillədə başa vuraraq yeni tarixə imza atıb. Pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da keçiriləcək.



Reportyor.az 
KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:12