mobil versiya

Almaniyada qaçqın yataqxanası atəşə tutulub



Almaniyada qaçqınların qaldığı yataqxana atəşə tutulub.

AzEuroNews.com Almaniyada gündəlik nəşr edilən “Bild” qəzetinə istinadən xəbər verir ki, hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətinə aid Zülpich şəhərində qeydə alınıb. 

Yataqxana atəşə tutularkən mərmilər mətbəxin pəncərəsinə dəyib. Həmin vaxt mətbəxtdə olan üç qadın yerə uzandığından xəsarət alan olmayıb.

Onlar polisə ifadələri zamanı bildiriblər ki, qara rəngli “VW Golf” markalı avtomobil sürətlə ərazidən uzaqlaşıb.

Hazırda qaçqın yataqxanası polis nəzarətinə götürülüb. Faktla bağlı açılan cinayət işi davam etdirilir. 

Polis yataqxanaya atəş açan şəxs və ya şəxslərin axtarışı məqsədi ilə əməliyyat qrupu yaradıb. 

SİYASƏT / DÜNYA
Tarix: 12-10-2019, 21:28