mobil versiya

Gürcüstanın ədliyyə naziri İsrailin milli təhlükəsizlik naziri ilə görüşüb







Gürcüstanın ədliyyə naziri Paata Salia İsrail Dövlətinin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ilə görüşüb.

Bu barədə Gürcüstan mediası məlumat yayıb.

Müzakirələr zamanı Gürcüstan və İsrail arasında dostluq münasibətləri müzakirə edilib və ədliyyə sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri araşdırılıb. Nazir Salia İsrail nümayəndə heyətini nazirliyin əsas prioritetləri barədə məlumatlandırıb, Gürcüstanın penitensiar sistemində aparılan islahatları diqqətə çatdırıb, məhbusların sosiallaşması və reabilitasiyası üzrə proqramları təqdim edib.

Gürcüstana səfəri zamanı İsrail nümayəndə heyəti Qldani 8 saylı Cəzaçəkmə Müəssisəsinə də baş çəkib, burada müəssisənin infrastrukturu və idarəetmə standartları ilə tanış olub.

Reportyor.az


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:28