mobil versiya

Güləş üzrə U-15 Azərbaycan çempionatı başa çatıb



Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş güləş üzrə U-15 Azərbaycan çempionatına yekun vurulub.
Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışın son günündə 41, 48, 57, 68 və 85 kiloqram çəki dərəcələrində yer alan yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Beş çəki dərəcəsi üzrə ümumilikdə 101 idmançı çıxış edib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Ayxan Əsədli (41 kq), Elşad Abbasov (48 kq), Məhəmməd Ələkbərli (57 kq), Yusif Əhmədli (68 kq) və Rüfət Əlizadə (85 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

KARUSEL / İDMAN
Tarix: 5-05-2023, 09:52