mobil versiya

Əfqanıstan neft və qaz hasilatı üçün tender elan edəcək



Əfqanıstanın Mədən və Neft Nazirliyi yaxın vaxtlarda neft və qaz yataqları üçün tender elan edəcək.
"Khaama Press" xəbər verir ki, mədən və neft naziri vəzifəsini icra edən Şahabuddin Delavar deyib ki, nazirlik tezliklə ölkədəki yataqlardan neft və qazın bir hissəsini hasil etmək üçün yataqların hazırlanması prosesinə başlayacaq.
Delaver bu məsələni Kabildə bir Çin şirkətinin idarə heyəti ilə görüşdə qaldırıb.
Bu arada, məlumatlara görə,  Çin şirkəti Əfqanıstanda neft və qaza sərmayə qoymaqda maraqlı olduğunu bildirib, nazirliyin bəyanatında deyilir.
Nazirlik Çinin neft və qaz yataqlarına sərmayə yatırmaqda marağını alqışlayıb və deyib ki, Əfqanıstan zəngin neft və qaz ehtiyatlarına malikdir və Mədən və Neft Nazirliyi qısa müddət ərzində ölkənin neft və qaz yataqlarının bir hissəsini tender üçün elan edəcək. Maraqlananlar tenderdə qanuni şəkildə iştirak edə bilər. 
KARUSEL / DÜNYA
Tarix: 15-05-2023, 14:48