mobil versiya

Prezident İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi olub


Mayın 22-də Vilnüsdəki Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Azərbaycanın və Litvanın Dövlət himnləri səsləndirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda fəxri qarovul dəstəsinin qarşısından keçib.
Litva nümayəndə heyəti Azərbaycan Prezidentinə və Birinci xanım Mehriban Əliyevaya, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Litva Prezidentinə və xanımı Diana Nausedieneyə təqdim olunub.
Sonra birgə foto çəkdirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xatirə kitabını imzalayıb.




KARUSEL / SİYASƏT
Tarix: 22-05-2023, 11:12