mobil versiya

Çin yığması Astaradakı turnirin qalibi oldu



Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasında Astara mərhələsinə yekun vurulub.
Əvvəlcə dörddəbir final oyunları keçirilib.
İlk dörddəbir final oyununda Ukrayna seçməsi Polşa komandasına 16:13 hesabı ilə qalib gəlib. Klub təmsilçimiz “Neftçi" isə 1/4 final oyununda güclü Çin millisinə 6:21 hesabı ilə məğlub olub. Digər 1/4 final oyunlarında Avstriya 14:8 hesabı ilə Macarıstana, Misir seçməsi isə 21:13 hesabı ilə Çinin "Yuanda" klubuna qalib gəlib.
Yarımfinal oyunlarında Çin millisi Ukraynanı 19:17, Misir yığması isə Avstriyanı 21:14 hesabla üstələyib. Finalda Misirə 21:15 hesabla qalib gələn Çin yığması Astaradakı turnirin qalibi olub.

KARUSEL / İDMAN
Tarix: 22-05-2023, 11:28