mobil versiya

Göygöldə sel adamları belə apardı (VİDEO)


Göygöl rayonunda sel iki nəfəri aparıb.
Sel axınına düşərək həlak olan şəxslərin videogörüntüləri yayılıb.
DİN-in Mətbuat Xidməti bildirib ki, 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşüb.
Səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxarıb müvafiq ekspertizaya təqdim ediblər. Araşdırmalar davam etdirilir.


KARUSEL / HADİSƏ
Tarix: 26-05-2023, 10:38