mobil versiya

İcra başçısının sabiq müavini həbs edildi


Sərxoş vəziyyətdə avtomobil idarət etdiyi aşkar edilən, bu azmış kimi polisə tabe olmayan Xalid Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 221 və 315-ci (xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət) maddələri ilə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə X.Rəhimov barəsində istintaq müddəti üçün 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.


KARUSEL / HADİSƏ
Tarix: 6-06-2023, 16:30