mobil versiya

Ərdoğan Azərbaycanı təbrik edib



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bu barədə R.T.Ərdoğan "Twitter" hesabında qeyd edib.
“Qardaşımız, can dostumuz, qədim yol dostumuz Azərbaycanın 15 iyun - Milli Qurtuluş Gününü ən səmimi arzularımızla təbrik edirəm. Azərbaycanlı bütün qardaşlarıma Türkiyənin salamlarını çatdırıram”, - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Azərbaycanda 15 iyun - Milli Qurtuluş Günü kimi qeyd edilir.
KARUSEL / GÜNDƏM
Tarix: 15-06-2023, 14:40