mobil versiya

"Yanvarın 1-dən bəri 794 terrorçu zərərsizləşdirilib" - Türkiyə MN



Türkiyə Silahlı Qüvvələri yanvarın 1-dən indiyədək İraqın və Suriyanın şimalında keçirdiyi 320 əməliyyat zamanı 794 terrorçunu zərərsizləşdirib.
Bunu Türkiyə Müdafiə Nazirliyinin mətbuat müşaviri Deniz Albay Zeki Aktürk mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2015-ci il iyulun 24-dən bəri zərərsizləşdirilən terrorçuların ümumi sayı 38 min 137 nəfərə çatıb.
Deniz Albay Zeki Aktürk Türkiyə ordusunun PKK, KCK, PYD-YPG, İŞİD və FETÖ başda olmaqla, bütün terror qruplaşmalarına qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini bildirib.
KARUSEL / DÜNYA
Tarix: 6-07-2023, 17:11