mobil versiya

"Oppenheimer" filmindən yeni rekord



Kristofer Nolanın "Oppenheimer" filmi gözlənildiyindən daha yaxşı nəticə göstərərək bioqrafik filmlər arasında rekorda imza atıb.
Ekran əsəri yerli nümayişlərdən 80,5 milyon dollar qazanc gətirib. Baxmayaraq ki, filmin 50 milyon dollara yaxın gəlir əldə edəcəyi gözlənilirdi. Bu nəticələr davam etməkdədir.
Nümayişlərin dünya miqyasına gəlincə isə, "Oppenheimer" 174 milyon dollar gəlir əldə edərək bioqrafik filmlər arasında yeni rekorda imza atıb. Bu göstəriciyə qədər 2018-ci ildə 124 milyon dollarla başlayan “Bohemian Rhapsody” musiqili dramının nailiyyəti ən yaxşı nəticə hesab olunurdu.
Qeyd edək ki, “Oppenheimer” filmi ən azı 55 ölkədə uğurlu debütünə görə Kristofer Nolanın ən böyük layihəsinə çevrilə bilib.(azərtac)

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 24-07-2023, 11:39