mobil versiya

Reper Tupak Şakurun üzüyü rekord məbləğə satılıb



Məşhur amerikalı reper Tupak Şakurun üzüyü hərracda rekord məbləğə satılıb.
1996-cı ildə reperin xüsusi sifarişi ilə hazırlanan tac formalı üzük yeni sahibinə bir milyon dollara başa gəlib.
Üzüklə bərabər, T.Şakurun imzası olan altı məktub və “Trapped” sinqlının orijinal demo lenti daxil olmaqla, reperə məxsus digər şəxsi əşyalar da hərraca çıxarılıb.
Xatırladaq ki, dünyaşöhrətli reper T.Şakur 1996-cı ildə ABŞ-ın Las-Veqas şəhərində silahlı atışma nəticəsində 25 yaşında dünyasını dəyişib. Qısa müddətli karyerasına baxmayaraq, Tupak 75 milyon albom satışı ilə hip-hopun ən reytinqli reperinə çevrilib. O, həmçinin Şərq və Qərb reperləri arasında hip-hopun simvolu hesab olunur.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 27-07-2023, 13:01