İrandan Azərbaycana narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb

DSX-nin mətbuat mərkəzindən bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti istiqamətində kolluq ərazidə gizlədilmiş bir ədəd bağlamada ümumi çəkisi 8 kiloqram 200 qram narkotik vasitə marixuana, narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1725 ədəd “Pregobalin 150” və 12 ədəd “Golden wolf” həbi aşkarlanaraq götürülüb.
Qeyd olunub ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 28-07-2023, 10:29