mobil versiya

Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub



Türkiyənin Baş Qərargah rəisi vəzifəsinə 2-ci Ordu komandanı Metin Gürak təyin edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək Ali Hərbi Şuranın iclasında açıqlama verib.
Məlumata əsasən, Baş Qərargahın 2-ci rəisi general Səlcuq Bayraktaroğlu Quru Qoşunları Komandanlığına, Döyüş Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu isə Hərbi Hava Qüvvələri Komandanlığına təyin olunub.
Xatırladaq ki, Türkiyədə Baş Qərargah rəisi vəzifəsini daha öncə hazırkı müdafiə naziri Yaşar Güler icra edib.

KARUSEL / DÜNYA
Tarix: 3-08-2023, 17:51