Daşkəsən və Göygöl rayonlarında aqrar sahədə aparılan monitorinqlərin nəticələri müəyyənləşib

Belə ki, cari ilin 24-27 iyul tarixlərində adıçəkilən ərazilərdə aqrar sahədə mövcud vəziyyətin yoxlanılması, cəmiyyətin aktiv hasilat və istehsalat fəaliyyətinin ətraf ərazilərə təsirinin qiymətləndirilməsi məqsədilə heyvan, bitki, torpaq və su mənbələrindən götürülmüş nümunələr əsasında aparılmış laborator analizlərin nəticələrinə görə məhsuldarlığa, eləcə də sağlamlığa mənfi təsir edən faktorların olmadığı müəyyən edilib. Həmçinin fermerlər arasında aparılmış sorğu zamanı onların maddi-texniki ehtiyacları, təsərrüfat fəaliyyətlərində qarşılaşdığı əsas problemlər təhlil edilərək, ümumiləşdirilib.
Növbəti mərhələdə qlobal antropogen amillərin aqrar sahədə məhsuldarlığa mümkün təsirləri nəzərə alınaraq, fermer təsərrüfatlarının daha da inkişaf etdirilməsi məqsədilə müvafiq sahələri əhatə edən tədbirlər planının hazırlanması və beləliklə, praktiki addımların atılması, zəruri dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 8-08-2023, 18:09