mobil versiya

Müəllimlərin işə qəbulu üzrə müsahibələr davam edir


Müəllimlərin işə qəbulu üzrə müsahibələr davam edir.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, avqustun 10-da informatika, riyaziyyat (rus bölməsi), Azərbaycan dili və ədəbiyyat, rus dili, texnologiya, fransız dili (rus bölməsi) və musiqi fənləri üzrə müsahibələr təşkil olunub. Müsahibələrin ikinci gününə 753 namizəd dəvət edilib.
Qeyd edək ki, müsahibələr avqustun 18-dək davam edəcək.

KARUSEL / CƏMİYYƏT
Tarix: 10-08-2023, 17:58