mobil versiya

MİQ müsabiqəsinin elektron sənəd qəbulu mərhələsina başlanılır



2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Bu barədə Elm və Təhsil nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, müsabiqə üzrə qeydiyyat prosesi 15 may saat 11:00-dan 22 may saat 11:00-dək aparılacaq.
Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid etməklə müsabiqəyə dair sual-cavabla tanış ola bilərsiniz:
https://miq.edu.az/faq

KARUSEL / CƏMİYYƏT
Tarix: 8-05-2024, 16:45