mobil versiya

Azad olunmuş ərazilərdə internetlə təmin edilən abunəçilərin sayı açıqlanıb



30 sentyabr 2025-ci il tarixinə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə "AzTelekom" MMC-nin xidmətlərindən istifadə edən 6 mindən çox abunəçi (ev, təsərrüfat və biznes subyektləri) mövcuddur.

Bu barədə "AzTelekom"dan bildirilib.
Qeyd edilib ki, həmin ərazilərdə aparılan bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi məskunlaşma olan yaşayış məntəqələri və biznes subyektlərinə GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri də “Aztelekom” MMC tərəfindən təmin olunur.
"Telekommunikasiya xidmətlərinin genişləndirilməsi sakinlərin gündəlik həyatına rahatlıq gətirməklə yanaşı, bölgədə həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin icrasına da mühüm dəstək verir",-qurumdan əlavə olunub. (trend)

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:48