Ətir-kosmetika məhsullarının təhlükəsizliyi ilə bağlı texniki reqlamentlər qəbul ediləcək

Azərbaycada daha üç sahə üzrə texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçiriləcək.
Bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi xəbər verir.
Məlumata görə, "Ətriyyat-kosmetika məhsullarının təhlükəsizliyi haqqında”, “Sintetik yuyucu vasitələrin və məişət kimyası mallarının təhlükəsizliyi haqqında”, “Tütün məhsulları və analoji məmulatlar haqqında” texniki reqlament layihələridir.
İctimai müzakirələr bitdikdən sonra layihələr təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək. (apa)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:19