mobil versiya

AQTA qida və yem məhsullarının idxalçılarına müraciət edib




AQTA hər bir sahibkarı qida sahəsində fəaliyyətini yeni qanunun tələblərinə uyğun qurmağa çağırır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunla bağlı qida və yem məhsullarının idxalçılarına müraciət edib. Belə ki, yeni qanunda qida təhlükəsizliyi sistemi üzrə bir çox yeniliklərin hüquqi bazasının formalaşdırılması ilə yanaşı, sahibkarlara dövlət dəstəyi siyasəti çərçivəsində bəzi inzibati prosedurların sadələşdirilməsi öz əksini tapır.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yeni qanuna əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən heyvan və bitki mənşəli qida və yem məhsullarının ölkəyə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri həmin obyektlərə cavabdeh qida subyektlərinin müraciətləri əsasında agentlik tərəfindən 30 iş günü müddətində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə “Lisenziyalar və icazələr haqqında” Qanununa uyğun olaraq təsdiq ediləcək.
Qeyd edək ki, qida və yem məhsullarının idxalçıları qanundan irəli gələn tələblərlə əlaqədar əməkdaşlıq etdikləri xarici ölkələrdəki qida və yem məhsullarının istehsal və emalını həyata keçirən müəssisələri məlumatlandırmalı, qeydiyyat və təsdiq üçün agentliyə müraciət etməlidirlər.
Bildiririk ki, qanunun qəbul olunması ölkədə insanların həyat və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasında, qida məhsullarının istehsal və emalı zamanı təhlükəsizlik və minimum keyfiyyət tələbləri ilə bağlı norma və qaydalara əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.
AQTA qida sahəsində fəaliyyət göstərən hər bir sahibkarı yeni qanunun müddəaları ilə yaxından tanış olmağa və öz fəaliyyətlərini onun tələblərinə uyğun qurmağa çağırır.

KARUSEL / CƏMİYYƏT
Tarix: 16-01-2023, 17:09