Səhər yeməyini atlamaq sağlamlıq üçün ciddi risklər yaradır

Nutrients jurnalında dərc olunan son Çin araşdırması göstərir ki, səhər yeməyini atlamaq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Ningxia Universitetinin tədqiqatçıları səhər yeməyini atlamanın ümumi sağlamlığa təsirini qiymətləndirmək üçün on minlərlə iştirakçının iştirak etdiyi doqquz araşdırmanın məlumatlarını təhlil ediblər.
Nəticələr göstərdi ki, müntəzəm olaraq səhər yeməyini atlayan şəxslərdə metabolik sindrom, piylənmə, yüksək qan təzyiqi, yüksək qan şəkəri və xolesterin səviyyələri daxil olmaqla bir sıra pozğunluqlar riski 10-26% daha yüksəkdir. Onlar həmçinin yavaş başlayan piylənməyə və yüksək qan şəkərinə daha çox meylli idilər.
Tədqiqatçılar vurğuladılar ki, müntəzəm səhər yeməyi yemək maddələr mübadiləsini sabitləşdirməyə kömək edir və diabet və ürək-damar xəstəliklərinə qarşı sadə profilaktik tədbir ola bilər.
Əvvəlki tədqiqatlar həmçinin göstərir ki, səhər yeməyindən imtina beyin fəaliyyətinə mənfi təsir göstərərək narahatlıq və depressiya riskini artıra bilər, səhər yeməyi isə hətta bir saat gecikdirmək yaşlı yetkinlərdə ölüm riskini artıra bilər.
Alimlər səhər yeməyindən imtinanın zərərsiz vərdiş olmadığını, xroniki xəstəliklər üçün risk faktoru olduğunu vurğulayıblar.
Reportyor.az
SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 09:00