4 bankın əmlakı hərraca çıxarılıb

Bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Söhbət “Atabank”a məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Şah İsmayıl Xətai prospekti, ev 57/107 ünvanında yerləşən 42,4 kv.metrlik mənzildən, “Günaybank”a məxsus 22 daşınar əmlakdan, “Dəmirbank”a məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev prospekti, 59 ünvanında yerləşən 1 183,6 kv.metrlik əmlak kompleksindən və “Texnikabank”a məxsus Quba rayonu, İqriq kəndində yerləşən 0,9 ha torpaq sahəsindən gedir.
Bankların daşınmaz əmlaklarına müvafiq olaraq 35 min manat, 25,075 min manat, 475 min manat və 10 min manat qiymət qoyulub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-09-2023, 12:23