mobil versiya

İsrail ordusu Livanda "Hizbullah"ın hərbi bazalarına zərbələr endirib



İsrail Müdafiə Ordusu "Hizbullah"ın Livan ərazisində yerləşən hərbi bazalarına zərbələr endirib.
İsrail Müdafiə Ordusu xəbər verir ki, gecə saatlarında orduya məxsus pilotsuz uçuş aparatları Livan ərazisindən İsrailə qarşı hücumlarda iştirak edən bir terrorçunu məhv edib.
Bildirilib ki, Livandan İsrailə edilən hücumlara cavab olaraq İsrail Müdafiə Ordusu "Hizbullah" silahlı birləşməsinə məxsus bir neçə hərbi obyektə zərbələr endirib.(report)

KARUSEL / DÜNYA
Tarix: 20-10-2023, 11:23