mobil versiya

İsrail ordusu Qəzzada hərbi obyektlərə zərbələr endirib



İsrail Müdafiə Ordusu (ÇAXAL) gecə Qəzza zolağında 200-dən çox hərbi obyektə zərbələr endirib.
Bu barədə ÇAXAL-ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, bundan başqa, İsrail qırıcıları HƏMAS-ın qərargahına zərbələr endirib və nəticədə hərəkatın nümayəndəsi öldürülüb.
Xatırladaq ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 3 000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb.
KARUSEL / DÜNYA
Tarix: 17-10-2023, 09:47