Bahar Muradova Türk Dövlətləri Təşkilatının birinci iclasında iştirak edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türk Dövlətləri Təşkilatının (TDT) ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin birinci iclasında iştirak edib.
“Qloballaşan dünyanın risklərinə qarşı: Ailəmiz gələcəyimizdir” mövzusunda, İstanbul şəhərində keçirilən iclasın məqsədi türk dünyası ölkələrində ailənin qorunması və gücləndirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsidir.
İclasda Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin çıxışları dinlənilib.
Yekunda Türk Dövlətləri Təşkilatının ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin birinci iclasının Deklarasiyası qəbul edilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 17-05-2024, 17:56