mobil versiya

Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşdü




Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə tərəfdaşlığı digər sferalarda olduğu kimi, iqtisadi-ticarət sahəsində də genişlənir.
BAKU.WS İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, "Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə görüşdə bildirib.
"Bununla belə, son dövrlərdə nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və s. sahələrdə də əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır. Bu baxımdan, Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması, ticarət prosedurlarının asanlaşdırılması, rəqəmsal ticarət, ölkələrimizin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması iqtisadi əlaqələrin genişləndirilməsində önəmli təşəbbüslərdir", - M. Cabbarov qeyd edib.
İqtisadiyyat naziri türk dövlətləri arasında əlaqələrin inkişafında ortaq tarix, mədəniyyət və dəyərlərin, ölkələrimizin təmsil olunduğu qurumların, xüsusilə Türk Dövlətləri Təşkilatının mühüm rolunu vurğulayıb.
Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev təşkilata üzv dövlətlərin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, əlaqələrin inkişafını vurğulayıb, yeni istiqamətlər barədə fikirlərini bölüşüb.
Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində tərəfdaşlığın gücləndirilməsi, qurumun VIII Zirvə Görüşündə qəbul edilmiş qərarların icrasına dair müzakirələr aparılıb.

SON XƏBƏR
Tarix: 8-02-2022, 18:00