"Koreya haqqında Viktorina"nın qalibləri seçilib
Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə “Koreya haqqında Viktorina” keçirilib.
"Koreya haqqında Viktorina" Koreya Respublikası xarici işlər nazirliyi və KBS (Korea Broadcasting System)-in birgə təşkil etdiyi bilik müsabiqəsidir və məqsədi əcnəbilərin Koreyaya qarşı marağını daha da artırmaqdır. Koreyanın bütün dünyadakı diplomatik nümayəndəliklərində müsabiqənin ilkin turu keçirildikdən sonra, hər ölkədən seçilən qaliblərə Koreya mədəniyyəti ilə tanış olmaq imkanı vermək üçün onlar Koreyaya səfərə dəvət olunur və Koreyada müsabiqənin final mərhələsi keçirilir. Müsabiqə 2012-ci ildən keçirilməyə başlanılıb və bu il artıq 13-cü dəfədir ki, keçirilir. Azərbaycanda isə regional mərhələ sonuncu dəfə 2017-ci ildə keçirilmiş təxminən 7 il sonra bu il yenidən keçirilir.
Final mərhələsi KBS1TV və KBS World kanalları vasitəsilə dünyanın 190-dan çox ölkəsində yayımlanaraq Koreyanın müxtəlif tərəflərini bütün dünyaya daha geniş şəkildə çatdırır.
Koreya Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən Azərbaycan Dillər Universitetində bu gün keçirilən 2024-cü il Koreya haqqında Viktorinada iştirak üçün ilkin seçimlərə çoxlu sayda azərbaycanlı müraciət edib, onların içərisindən 10 nəfər seçilərək müsabiqədə iştirak şansı qazanıb.
Bir daha qeyd edək ki, müsabiqənin qalibi 2024-cü ilin sentyabrında Koreyaya səfər edəcək və dünyanın müxtəlif ölkələrindən gələn regional müsabiqə qalibləri ilə birlikdə finalda Koreyanı nə qədər yaxşı taqnıdıqlarını yoxlayacaqlar.
“Koreya haqqında Viktorina”na iştirak edənlər arasında Nuray Novruzova 1-ci, Ülviyyə Mustafayeva 2-ci yer, Fidan Orucova 3-cu yerin qalibi seçilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 17-05-2024, 16:32