mobil versiya

Cənubi Koreya 1/4 finala çıxıb



Futbol üzrə Asiya Kubokunda 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Dünən Səudiyyə Ərəbistanı və Cənubu Koreya üz-üzə gəlib. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən matç penaltilər seriyasına gedib. Burada daha dəqiq oynayan Cənubi Koreya 1/4 finala adını yazdırıb - 4:2.
Qeyd edək ki, daha əvvəl Avstraliya, Tacikistan, İordaniya, Qətər və Özbəkistan seçmələri 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Turnirə fevralın 10-da yekun vurulacaq.

KARUSEL / İDMAN
Tarix: 31-01-2024, 09:31