mobil versiya

Məktəbdə şagirdin döyülməsi faktı üzrə prokurorluqda araşdırma aparılır



Prokurorluqda məktəbdə şagirdin döyülməsi faktı üzrə araşdırma aparılır.
Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə 2-ci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Hadisənin səbəbi və baş vermə şəsaiti ətraflı araşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə ikinci sinif şagirdinin oxuduğu məktəbdə döyülməsi ilə bağlı məlumat yayılıb. İddialara görə hadisə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 90 nömrəli tam orta məktəbdə baş verib. Paylaşımda məktəbli qızın üz nahiyəsindən güclü zərbə aldığı görünür.
Məktəbdən bildirilib ki, 07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub. Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə, ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib. Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.

KARUSEL / HADİSƏ
Tarix: 27-11-2023, 15:28