mobil versiya

2661 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib



 Cari ildə ərzində 2 ton 95 kiloqram 338 qram narkotik vasitənin, 51 milyon 14 min 753 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınıb, 36 ton 222 kiloqram narkotik xassəli bitki məhv edilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2023-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində deyilib. Bildirilib ki, - işğaldan azad edilmiş ərazilərdə 150 kilometr məsafədə yeni yolların çəkilməsi, 354 kilometr yolların əsaslı təmir olunması, 7,1 kilometr məsafədə hərəkət təhlükəsizliyi üçün xüsusi valların salınması təmin olunub.
Həmçinin, 2661 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 1598 ədəd piyada, 1763 ədəd tank əleyhinə mina, 518 ədəd partlamamış hərbi sur¬satın zərərsizləşdirilib.

KARUSEL / ÖLKƏ
Tarix: 14-12-2023, 17:45