mobil versiya

AZAL: "Göyərtəyə qaz balonunun gətirildiyi barədə məlumat da həqiqətə uyğun deyil"



Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsində oksigen balonunun partlaması versiyasını kimin ortaya atdığına aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, bu məlumat ilk dəfə olaraq Rostov hava limanında uçuş direktoru və dispetçerlərdən gəlib.
“Rostovun uçuş direktoru Aktau qülləsinin uçuş direktoruna əlavə məlumat verib ki, təyyarədə sərnişin salonunda oksigen çəni partlayıb, sərnişinlər huşlarını itiriblər və reanimasiya tələb ediblər. Bu məlumat əsasında bütün xilasetmə xidmətlərinə dərhal məlumat verilib”, – nazirliyin Mülki Aviasiya Komitəsindən bildirilib.
Daha əvvəl oksigen balonunun partlaması ilə bağlı məlumatı Embraer E-190 təyyarəsinin sağ qalan bələdçi Zülfüqar Əsədov yalanlayıb.
“Bu doğru deyil, oksigen çəninə bir şey olsaydı, təyyarə parçalanardı. Göyərtəyə qaz balonunun gətirildiyi barədə məlumat da həqiqətə uyğun deyil. Uçuş zamanı bütün sərnişinlər yoxlanılır, içəriyə heç nə gətirmək mümkün deyil. Bu faciəvi vəziyyət təyyarəyə xarici təsir nəticəsində yaranıb”, – Əsədov deyib.
Qazaxıstan Nəqliyyat Nazirliyi Bakıdan Aktauya qədər səmada baş verən hadisələrin xronologiyasını açıqlayıb.
“Dispetçer ekipajın Aktauya uçmaq qərarına gəldiyini bildirdi. Saat 10:53-də Rostovdan əlavə məlumat verilib ki, təyyarənin sərnişin salonunda oksigen çəni partlayıb, sərnişinlər huşlarını itiriblər və reanimasiya tələb ediblər. Bütün xidmətlər və yanğınsöndürmə briqadası xəbərdar edilib. Hava məkanına daxil olmamışdan əvvəl bütün fövqəladə xidmətlər təyyarəni qəbul etməyə hazır idi”, – Qazaxıstan nəqliyyat naziri Marat Karabayev bir gün əvvəl keçirdiyi brifinqdə bildirmişdi.

KARUSEL / GÜNDƏM
Tarix: Dünən, 17:38