mobil versiya

İƏT-nin Baş katibinin müavini ilə mədəniyyət nazirliyində görüş olub



Əməkaşlıq Təşkilatının Baş katibinin müavini Tariq Bakitin rəhbərliyi altında nümayəndə heyəti Mədəniyyət Nazirliyində olub.
Bu barədə nazirliyin mətbuat xidməti xəbər yayıb.
Qonaqları səmimiyyətlə salamlayan Mədəniyyət nazirinin müavini Fərid Cəfərov İƏT-lə ölkəmiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək mədəniyyət sahəsində əməkdaşlıq üçün imkanların daha da genişləndiyini bildirib. 
Qəbula və xoş sözlərə görə təşəkkürünü bildirən T.Baxit öz növbəsində təşkilatın ölkəmizlə münasibətlərə böyük önəm verdiyini bildirərək Qarabağın işğalı dönəmində İƏT-in daim ədalətin yanında olduğunun və rəsmi sənədlərdə bu mövqeyin əks etdirilməsinin böyük əhəmiyyət daşıdığını bildirdi. Görüşdə Qarabağda dağıdılmış və məhv edilmiş mədəni irsin bərpa edilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən aparılan miqyaslı təmir-bərpa işləri haqqında təşkilata məlumat verildi. Öz növbəsində qonaqlar tezliklə Şuşada mədəniyyət sahəsində birgə beynəlxalq tədbirlərin təşkilini səbirsizliklə gözlədiklərini qeyd edərək, İƏT qətnamələrinin icra edildiyinə sevinclərini ifadə etdilər.
Görüş çərçivəsində həmçinin ikitərəfli gündəlikdə duran cari layihələr, o cümlədən, “Şuşa İslam dünyasınısın mədəniyyət paytaxtı 2024” ili çərçivəsində nəzərdə tutulan tədbirlər və Bakı Prosesi çərçivəsində ölkəmizdə keçiriləcək VI Ümumdünya Mədəniyyətlərası Dialoq Forumu ətrafında fikir mübadiləsi aparıldı. 
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edildi.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 22-12-2023, 09:39