Şakiraya heykəl qoyulub

Kolumbiyalı məşhur müğənni Şakiranın şərəfinə onun doğulduğu Barranquilla şəhərində heykəl qoyulub.
Bu barədə Espectador portalı xəbər verir.
Nəşr yazıb ki, dekabrın 26-da Barranquillada Şakiranın şərəfinə heykəl açılıb.
Şəhərin meri Xayme Pumarexo X sosial şəbəkəsində müğənninin “mahnı bəstələyən ürəyi, tayı-bərabəri olmayan istedadı, kütləni hərəkətə gətirən səsi” olduğunu qeyd edib.

Müğənninin özü X sosial şəbəkəsində heykələ görə təşəkkür edib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 27-12-2023, 13:31