mobil versiya

Seçkilərdə "exit-poll” keçirmək istəyənlər üçün sabah son gündür



Fevralın 7-də keçiriləcək prezident seçkilərində "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi müddəti sabah başa çatır.
Bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.
Təqvim planına əsasən, sənədlər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 20 gün qalanadək, 2024-cü il yanvarın 18-dək qəbul edilir.
Qeyd edək ki, fevralın 7-də Azərbaycan prezident seçkiləri keçiriləcək.

KARUSEL / SİYASƏT
Tarix: 17-01-2024, 09:00